Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 17:24

Skopyedə fırtınada azı 15 nəfər ölüb


Skopye gecə fırtınasından sonra, 7 avqust, 2016

Skopye gecə fırtınasından sonra, 7 avqust, 2016

Makedoniyanın paytaxtı Skopyedə avqustun 7-də gecə baş verən güclü fırtına və daşqından sonra ən az 15 nəfər ölüb. Hazırda sağ qalanların axtarışı davam etdirilir.

Dövlət agentliyi MİA xəbər verir ki, azı 6 nəfər itkin düşüb.

«Bu, təbii fəlakətdir, biz heç zaman belə şeylə rastlaşmamışıq», – paytaxt meri Koce Trajanovski belə deyib.

Yerli media xəbər verir ki, paytaxtda və ətraf bölgələrdə külək saatda 70 km sürətlə əsib, suyun həddi artıb.

Paytaxtı əhatə edən dairəvi yola böyük ziyan dəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG