Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:57

Olimpiya oyunlarında uzun növbələr problemi


Braziliya yay olimpia oyunları, 7 Avqust, 2016

Braziliya yay olimpia oyunları, 7 Avqust, 2016

Rio-de-Janeyroda keçirilən 2016 yay Olimpiya Oyunlarının ilk günü təşkilatı xətalar və təhlükəsizlik problemlərinin müşayiəti ilə keçib.

Təşkilatçılar avqustun 6-da azarkeşləri yoxlama buraxılış məntəqələrindəki uzun növbələrdə gözlətdiklərinə görə üzrxahlıq ediblər. Bəzi hallarda idmançılar az qala boş tribunlar qarşısında yarışmı olublar.

Olimpiya oyunlarının mətbuat katibi Mario Andrada baş verənlərə görə üzrxahlıq etdikdən sonra deyib: «Biz yaxın saatlarda daha yaxşı formada olacağıq».

Bomba zərərsizləşdirmə qrupu kişilər üçün velosiped yarış yolunun finiş xətti yaxınlığında şübhəli çantanı kontrollu şəkildə partladıblar. İdmançılar bu zaman 70 kilometr aralıda olduğundan yarış üçün heç bir maneə olmayıb. Təsadüfi güllə Olimpiya mərkəzinin at idmanı bölməsinə düşüb. Bir mənbənin verdiyi xəbərə görə güllə az qalıb ki, Yeni Zelandiya komandasının məmurlarından birinə dəysin.

Olimpiya oyunlarının ilk günündə 12 dəst mükafat qazanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG