Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 11:02

Həsən Ruhani Azərbaycana gəlib


İran prezidenti Həsən Ruhani Azərbaycana gəlib. 07.08.2016

İran prezidenti Həsən Ruhani Azərbaycana gəlib. 07.08.2016

İran İslam Respublikasının prezidenti Həsən Ruhani avqustun 7-də Azərbaycana gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Bakı Beynəlxalq Aeroportunda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

AZƏRTAC-ın xəbərinə görə, prezident Həsən Ruhanini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Rusiya prezidenti Vladimir Putinin də Azərbaycana gəlişi gözlənilir.

Avqustun 8-də tarixdə ilk üçtərəfli Rusiya, İran, Azərbaycan liderlərinin görüşü olmalıdır. Görüş zamanı iqtisadiyyat, təhlükəsizlik, terrorizmlə mübarizə, Xəzər dənizinin statusu və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirə ediləcəyi bildirilir.

Bundan başqa prezidentlərin ayrı-ayrılıqda bir-birləri ilə də görüşü gözlənilir.

İran mətbuatı yazırdı ki, Həsən Ruhaninin Vladimir Putinlə görüşündə «Şimal-Cənub» nəqliyyat dəhlizi, Fars körfəzindən Rusiyaya tranzit məsələləri müzakirə edilməlidir.

Verilən məlumata görə, Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putinlə Suriyadakı vəziyyəti də müzakirə etmək istəyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG