Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:22

Atəşkəslə bağlı 7 avqust açıqlaması


Dağlıq Qarabağda erməni artileriyası, 7 aprel, 2016

Dağlıq Qarabağda erməni artileriyası, 7 aprel, 2016

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 24 dəfə pozublar.

Bu zaman, iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan və İcevan rayonlarından Qazax rayonunun Qaymaqlı kəndi atəşə tutulub.

Bundan başqa Berd rayonundan Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonundakı mövqelərinin vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Tərtər və Füzuli rayonları istiqamətlərində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG