Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:43

SOCAR Türkiyədə külək elektrik stansiyası tikir


Külək elektrik stansiyası

Külək elektrik stansiyası

SOCAR Petkim yarımadasında külək elektrik stansiyası inşa edir. Stansiyanın ümumi gücü 51 meqavat olmalıdır. Layihə 55 milyon avro qiymətləndirilir.

Külək elektrik stansiyasının tikintisinin bu ilin sonunda tamamlanması planlaşdırılır.

Bu haqda SOCAR-ın «Davamlı inkişaf haqqında» hesabatında məlumat verilir.

SOCAR 2008-ci ildən Türkiyədəki fəaliyyətini «SOCAR Turkey Enerji A.Ş.» (STEAŞ) adı ilə davam etdirir. Şirkət neft emalı, neft–kimya, energetika, logistika və daşıma inteqrasiyasına əsaslanan sahələri dəstəkləyir.

Hazırda «SOCAR Turkey» Türkiyənin ən böyük xarici investoru sayılır. Onun «Petkim»də payı 58 faizdir.

STEAŞ-ın səhmdarları SOCAR (87 faiz) və «Goldman Sachs»dır (13 faiz).

SOCAR-ın bu vaxta qədər Türkiyədəki layihələrə 7.5 milyard dollar sərmayə qoyduğu bildirilir.

XS
SM
MD
LG