Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:43

42 dərəcə isti gözlənilir


Günəş
Günəş

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti avqustun 7-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz olacağını bildirir.

Abşeronda gecə 22-25, gündüz 35-38, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı açıqlanıb.

Ölkənin rayonlarında da ciddi yağıntı gözlənilmir. Lakin gecə və səhər bəzi şimal, qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal edilir. Gecə 20-25, gündüz 35-42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı qeyd edilir.

XS
SM
MD
LG