Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:53

20 qram qızıl gətirə bilərsən, amma...


Qızıl
Qızıl

Fiziki şəxslərin Azərbaycanın gömrük sərhədindən qiymətli daşlar keçirilərkən yazılı formada bəyan etməli olduqları qaydaların gələn həftədən dəyişdiriləcəyi bildirilir.

APA-nın xəbərinə görə, yeni qərar avqustun 8-də qüvvəyə minir.

İndiyə kimi 18 yaşına çatmış hər bir fiziki şəxs istifadə məqsədilə 20 qram qızıl, ondan hazırlanmış zərgərlik məmulatları və bərkidilmiş 0.5 karat almazı güzəştli qaydada (gömrük ödənişləri olmadan) sərhəddən keçirə bilərdi.

Artıq bu məsələdə zaman məhdudiyyətinin qoyulduğu qeyd edilir. Xəbərə görə, yenə ölkəyə şəxsi istifadə üçün 20 qram qızılı güzəştli qaydada gətirmək mümkündür. Amma bir ayda yalnız bir dəfə. Ayda bir dəfədən artıq qiymətli metallar keçirərkən isə, bunun yazılı formada bəyan ediləcəyi göstərilir.

İndiyə kimi yalnız 1500 ABŞ dolları ekvivalentindən artıq qiymətli metallar Azərbaycanın gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli idi. Dəyişikliyə əsasən, bu sahədə qiymətləndirmə ilə bağlı 1500 ABŞ dolları ekvivalentinin də ləğv edildiyi açıqlanıb.

XS
SM
MD
LG