Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:59

Hindistanda silahlıların hücumu nəticəsində 13 nəfər ölüb


Foto illüstrasiya

Foto illüstrasiya

Hindistanın Assam əyalətində hərbi uniformalı üsyançıların törətdiyi hücum nəticəsində 13 nəfər ölüb, 15 nəfər yaralanıb.

Kokrachar şəhər bazarında atıcı silahlar və əl qumbaraları ilə törədilən hücumdan sonra yanğın olub. Ərazidəki çoxlu sayda evlərə və mağazalara da ziyan dəyib.

Polis hadisəyə görə Bodoland Milli Demokratik Cəbhəsinin məsuliyyət daşıdığını bildirib. «Bodo» bölgədə müstəqillik tələbi ilə aksiyalar keçirməsi, qanlı hadisələr törətməsiylə tanınır.

Günün bütün mövzuları

XS
SM
MD
LG