Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:32

'Müsəlman Birliyi' Hərəkatının üzvünə "yox" deyildi


-

Bakı Apellyasiya Məhkəməsi “Müsəlman Birliyi” Hərəkatının üzvü Zülfüqar Mikayılovu azadlığa buraxmayıb.

Vəkilləri onun həbs müddətinin uzadılması qərarının ləğvini tələb edirdilər.

Report-un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi məhkəmə heyəti onların şikayətini əsassız hesab edib. İş üzrə hüquqi müdafiə tədbirləri davam etdiriləcək.

Nəsimi Rayon Məhkəməsi ötən həftə Z. Mikayılovun həbs müddətini daha 4 ay artırmışdı. O, terrorçuluq və bir sıra ağır cinayətlərdə ittiham edilir.

Buna da bax: Nardaran işi: 'Polisi gözümün qabağında öz polis yoldaşı vurdu'

Dövlət qeydiyyatı olmayan “Müsəlman Birliyi” Hərəkatına ilahiyyatçı Taleh Bağırov rəhbərlik edir. İlahiyyatçı ötən il noyabrının 26-da Nardaran qəsəbəsində güc orqanlarının keçirdiyi əməliyyat zamanı tərəfdarları ilə birlikdə saxlanıb. Həmin vaxt ikisi polis olmaqla, altı nəfərin həlak olduğu bildirilir.

Z.Mikayılov da ötən il noyabrın 26-da tutulub.

Z.Mikayılov 2011-ci ilin yanvarında da həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddəsi ilə 5 il sınaq müddəti götürülməklə, 11 il şərti cəzaya məhkum olunmuşdu.

“Müsəlman Birliyi ” Hərəkatı ilə bağlı ümumilikdə 70 nəfərdən çox şəxsin həbs edildiyi bildirilir. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.

İyulun 19-da da Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi başlayıb.

Onlardan biri Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlını çıxmaqla, qalanları qətl və daha bir çox ağır cinayətlərdə ittiham edilirlər. “Müsəlman Birliyi” Hərəkatının rəhbəri ittihamları böhtan sayır. T.Bağırov, məhkəmədə bildirib ki, istintaqda ondan Milli Şuranın rəhbərliyi əleyhinə işgəncə yolu ilə ifadə almağa çalışıblar.

F. Qəhrəmanlı isə CM-in 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaq ) maddələri ilə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG