Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 12:50

-

Azərbaycanda fəaliyyət göstərən bələdiyyələr də sentyabrın 26-na təyin olunmuş referendumun təşviqatında iştirak etmək qərarı veriblər.

Onlar avqustun 5-də “Bələdiyyə” təşəbbüs qrupunu təsis ediblər. Təsis toplantısında bütün regionları əhatə edən bələdiyyələrdən 348 nümayəndənin iştirak etdiyi bildirilir.

Bu haqda AZƏRTAC xəbər verir.

Təşəbbüs qrupu üzvləri Konstitusiyaya təklif edilən dəyişiklikləri yüksək qiymətləndiriblər. Onlar qrup qeydə alındıqdan sonra dəyişikliklərin lehinə təşviqat aparmaq niyyətindədirlər.

Qərara alınıb ki, qrupun qeydiyyatdan keçirilməsindən ötrü Mərkəzi Seçki Komissiyasına müraciət olunsun.

Buna da bax: Azərbaycan müxalifətinin antireferendum planları

Bundan əvvəl, siyasi qüvvələrdən başqa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) da referenduma çıxarılacaq konstitusiya dəyişikliklərinin lehinə təşviqat aparılmasından ötrü “Vətəndaş cəmiyyəti” adlı təşəbbüs qrupunun yaradılması barədə qərar vermişdi.

AHİK-yə deputat Səttar Mehbalıyev rəhbərlik edir.

Azərbaycanda bəzi ekspertlərin fikrincə, Azərbaycanda istər bələdiyyələr, istərsə də həmkarlar konfederasiyası müstəqil fəaliyyət göstərmirlər. Hərçənd onlar belə fikirləri qəbul etmirlər.

Sentyabrın 26-da Azərbaycanda konstitusiyaya dəyişiklərlə bağlı referendum keçiriləcək. Referendum Aktının layihəsi 29 maddədən ibarətdir.

Layihədə ifadə azadlığı və mülkiyyət haqları ilə bağlı bir sıra məqamlar var. Bundan başqa, orada Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Üstəlik, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG