Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:04

Olimpiya oyunlarında Rusiya yığmasının 2/3-i iştirak edəcək


Aleksandr Zhukov

Aleksandr Zhukov

Rio-de Janeyroda keçirilən yay olimpiya oyunlarında Rusiya yığmasının 2/3-i iştirak edəcək.

Bunu Rusiya Olimpiya Komitəsi-nin rəhbəri Aleksandr Jukov bəyan edib.

O,ilkin siyahıya salınmış 387 idmançıdan 271-nin oyunlara buraxıldığını deyir.

“Bu gün rusiyalı azarkeşlərə yaxşı xəbərimiz var. Hesab edirəm ki, bu məlumatı hamınız səbirlsialiklə gözləyirsiz. Komandamız Rio-de Janeyroda keçirilən olimpiya oyunlarında əksər idman növü üzrə tam heyətlə çıxış edəcək.”

Amma Rusiya yığması yüngül və ağır atletika yarışlarına faktiki tam heyətlə buraxılmayıb.

Mübarizəyə yalnız uzunluğa tullanan Darya Klişina qatılacaq. O uzun illərdi ki, ABŞ-da yaşayır və orda məşq edir.

Həmçinin bir sıra avarçəkənlər və üzgüçülər yarışlara buraxılmayıb.

“Bir daha qeyd etmək istəyirəm ki, heç bir komandaya qarşı belə sərt tələb qoyulmayıb. Heç kim, digər ölkələrdən olan yüngül atletlər, bu sayda testdən keçməyib və nə vaxtsa dopinqə görə cəzalandırıldığına görə heç kimə qarşı belə qayda, qadğa tətbiq edilməyib”.

Hazırda Lozanne idman arbitiraj məhkəməsidaha bir neçə rusiyalı idmançının işinə baxır. Buna görə də Rusiya yığmasının sayı dəyişə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG