Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:09

Olimpiadaya görə Braziliyada təhlükəsizlik təbdirləri gücləndirilib


Foto arxiv

Foto arxiv

2016 yay olimpiya oyunlarına görə Braziliyada təhlükəsizlik təbdirləri gücləndirilib.

Rio-de Janeyrodakı olimpiya obyektlərinin mühavizəsinə silahlı polis və təhlükəsizlik qüvvələri cəlb edilib.

Əlavə tədbir kimi, oyunlar vaxtı içki və yemək satışı qadağan edilib, yalnız müəyyən edilmiş yerlərdəxüsusi icazəsi olanlar satış edə bilərlər.

Hakim dairələrin məlumatına görə, olimpiya obyektlərinə su və ya qablaşdırılmamış qida məhsulları keçirilə bilməz, bütün şəxsi şeylər isə xüsusi yoxlamadan keçirilməlidir.

“Təhlükəsizlik tədbirlərinə görə özümü yaxşı hiss edirəm, Çünki olimpiya oyunları, Avropa və ABŞ-da baş verənlərlə bağlı böyük qorxu var.

Polisə görə özümü burda təhlükəsiz, yaxşı hiss edirəm, burda hər şey təhlükəsizdir”, argentinalı turist Melani deyir.

Oyunlar vaxtı Braziliyada fedral polis, ordu və hava qüvvələri birgə fəaliyyət göstərəcək, bütün yerlər və stadionlar mühavizə olunacaq.

Olimpiya oyunları avqustun 5-21-i arası keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG