Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:26

Yanan platforma bərpa edilir


«Neftqaztikinti» Tresti 28 May adına NQÇİ-nin istismar etdiyi «Günəşli» yatağındakı 10 saylı dərin dəniz özülünün qəzadan sonra yenidən qurulması işlərini başa çatdırmaq üzrədir.

SOCAR-ın yaydığı xəbərə görə, sifarişçi «Azneft» İstehsalat Birliyidir.

Məlumatda deyilir ki, indiyədək özüldəki 30 quyunun avadanlıqları təftiş edilib, təhlükəsiz iş şəraiti yaradılıb. Özüldə yararsız hala düşmüş metal-konstruksiyalar ləğv edilib.

Bundan başqa, işçilərin zəruri fərdi mühafizə vasitələri ilə təmin olunduğu da bildirilir.

2015-ci il dekabrın 4-də adıçəkilən 10 saylı platformada yanğın baş vermişdi. Platformadakı 64 nəfər neftçidən yalnız 34 nəfəri xilas edilmişdi. Qalan neftçilərdən indiyə kimi yalnız 14-nün meyiti tapılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG