Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:11

Azərbaycanda vergi daxilolmalarının azaldığı bildirilir.

2016-cı ilin yanvar-iyul aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 milyard 849 milyon 942.5 min manat vəsait köçürüldüyü açıqlanıb.

Bu, ötən ilin müvafiq dövrünə görə 254 milyon 134 min 200 manat azdır. 2015-ci ilin yanvar-iyul ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 104 milyon 76.7 min manat vəsait daxil olmuşdu. Onda proqnoz tapşırığına 101.9 faiz əməl edildiyi bildirilirdi.

Ötən illərdəki hesabatlardan fərqli olaraq, nazirlik verginin tərkibini açıqlamır. Hesabat dövründə 62 min 496 vergi ödəyicisinin qeydiyyata alındığı deyilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG