Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:38

Azərbaycan əsgəri yaralanıb


Azərbaycan əsgəri
Azərbaycan əsgəri

Avqustun 5-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Ramazan Şindiyev cəbhə bölgəsində atəşkəsin pozulması nəticəsində yaralanıb.

Müdafiə Nazirliyi bildirir ki, yaralı əsgərə lazımi tibbi yardım göstərilib, həyatına təhlükə yoxdur.

«Atəşkəs rejiminin pozulması və hərbi qulluqçumuzun yaralanmasına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür»,-deyə məlumatda qeyd edilir.

Azərbaycan Müdafiə Nazirliyinin avqustun 5-i səhər yaydığı açıqlamada da gün ərzində atəşkəsin 11 dəfə pozulduğu qeyd edilirdi.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG