Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:51

Obama: 'İŞİD zəifləyir, ancaq hələ də təhlükəlidir'


Barack Obama
Barack Obama

ABŞ prezidenti Barack Obama bildirib ki, «İslam Dövləti» (İŞİD) qruplaşması zəifləsə də, hələ də təhlükəli olaraq qalır.

Obama İŞİD-in İraqda və Suriyada mövqelərinin zəiflədiyini, ona görə də başqa ölkələrə yayıldığını da bildirib: «İŞİD yenilməz deyil. Əslində sonda məğlub olacaq».

Obama İŞİD-in Suriyada Rakkanı, İraqda Mosulu əldən verəcəyini də təxmin etdiyini vurğulayıb. Misal kimi qruplaşmanın bir ildir İraqda və Suriyada uğurlu hücum əməliyyatı keçirə bilmədiyini göstərib.

XS
SM
MD
LG