Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:43

'Qəbələ' pley-off mərhələsində


«Qəbələ» FK. Arxiv fotosu
«Qəbələ» FK. Arxiv fotosu

Avqustun 4-də «Qəbələ» futbol klubu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda Fransanın «Lill» klubunu məğlub edərək, pley-off mərhələsinə yüksəlib.

«8-ci kilometr» stadionunda keçirilən oyunu rusiyalı hakimlər briqadası idarə edib.

Qarşılaşmanın 34-cü dəqiqəsində «Qəbələ»nin futbolçusu Filip Ozobic-in 20 metr məsafədən vurduğu zərbə oyunun taleyini həll edib.

Fransa təmsilçisi ikinci hissədə təzyiqi artırsa da, qapılara başqa qol vurulmayıb. Elə oyun «Qəbələ»nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Fransada keçirilən ilk oyun isə 1:1 hesabı ilə başa çatdığından, «Qəbələ» bununla pley-offa vəsiqəni təmin edib.

«Qəbələ»nin növbəti mərhələdəki rəqibi avqustun 5-də atılacaq püşkatma nəticəsində bəlli olacaq.

Azərbaycan təmsilçisi növbəti rəqibini məğlub edərsə, UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəsinə davam edəcək.

XS
SM
MD
LG