Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 20:52

İstanbul məhkəməsi 15 iyul çeviriliş cəhdində ittiham olunan Fətullah Gülenin həbsinə order verib.

Qeyd edək ki, Gülen hazırda Birləşmiş Ştatlarda yaşayır.

Məhkəmə qərara alıb ki, çeviriliş göstərişini məhz o verib.

Ankara onun verilməsini təkid edir, amma bununla bağlı hələ ki, Vaşinqtona rəsmi sorğu göndərməyib.

Türkiyə prezidenti Racep Tayyip Erdogan Fətullah Gülenlə bağlı özəl şirkətlərin gəlirdən məhrum ediləcəyini bildirib.

O deyib ki, artıq şübhə dövrünü, mübarizə dövrü əvəz edib.

Türkiyə hökuməti həmçinin Pakistan hakimiyyətini bu ölkədə Fətullah Gülene aid məktəbləri bağlamağa çağırıb.

Xarici işlər naziri Mevlut Cavusoglu Fətullah Gülenin məktəblər, fondlar və mədəniyyət təşkilatlarından ibarəd qlobal şəbəkəsi olduğunu deyib.

Çeviriliş cəhdindən sonra Türkiyədə 10 mindən çox adam saxlanıb, hərbçi, hakim, müəllim, dövlət qulluqçusu və hətta 100-dən çox futbol hakimi də daxil olmaqla, təxminən 70 min adams işdən kənarlaşdırılıb.

Qiyam vaxtı 250-dən çox adam ölüb, 2 minədək adam isə yaralanıb.

Hazırda ölkədə fövqəladə vəziyyət rejimidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG