Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:30

Sarkisian təhlükəsizlik nazirinin müavinini işdən çıxardı


Serzh Sarkisian

Serzh Sarkisian

Ermənistan prezidenti Serzh Sarkisian milli təhlükəsizlik nazirinin birinci müavini Hrant Yepiskoposianı işdən azad edib.

Bu barədə avqustun 4-də Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Amma bunun səbəbi açıqlanmır.

Onu bu vəzifədə Karapet Davtian əvəz edib.

Qeyd edək ki, nazir müavininin işdən azad edilməsi, bu günlərdə Yerevanda polis binasını zəbt edən silahlı qrupun təslim olmasından 4 gün sonraya təsadüf edir.

Qeyd edək ki, “Sasna Tsrer” qrupunun bir sıra silahlı üzvü iyulun 17-də Yerevandakı polis binasını zəbt etmişdilər.

Onlar prezident Serzh Sarkisianın istefası və müxalifətdə olan “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

Bu qarşıdurmada 2 polis əməkdaşı ölüb, 3-ü isə yaralanıb.

Silahlı dəstənin binada qalan 20 üzvü iyulun 31-də könüllü təslim olub.

Həmin günədək binanın ətrafında onlara dəstək aksiyaları keçirilirdi.

Polislə toqquşmalarda 50-dən çox adam xəsarət alıb,100-dən çox adam saxlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG