Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:17

Parisdə terrora hazırlaşmaqda şübhəli bilinən qaçqının axtarışı gedir.

Xüsusi xidmət avqustun 4-də onun fotosunu yayıb.

Onun Əfqanıstan qaçqını olduğu və ölkəyə 2 ay bundan əvvəl gəldiyi bildirilir.

Reutersin məlumatına görə, müxtəlif ölkələrin təhlükəsizlik xidmətləri , bu günlərdə Normandiyada törədilən terror aktına bir neçə gün qalmış , fransalı həmkarlarına terror təhlükəsi barədə xəbərdarlıq edib və şübhəlilərin fotolarını veriblər.

Sonda bəlli olub ki, xarici xidmətlər terrorçulardan birini düzgün müəyyən ediblərmiş.

Qeyd edək ki, bu günlərdə Normandiyadakı kilsələrdən birinə hücum edən 2 yaraqlı, keşişin başını kəsiblər.

Polis hücumçuları güllələyib.

Onların “İslam Dövləti” qrupunun üzvləri olduqları bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG