Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:05

Erdogan: " Gülenlə bağlı şirkətlər gəlirdən məhrum ediləcək"


Recep Tayyip Erdogan

Recep Tayyip Erdogan

Türkiyə prezidenti Racep Tayyip Erdogan Fətullah Gülenlə bağlı özəl şirkətlərin gəlirdən məhrum ediləcəyini bildirib.

O deyib ki, artıq şübhə dövrünü, mübarizə dövrü əvəz edib.

Qeyd edək ki, Türkiyə hakimiyyəti 15 iyul uğursuz çeviriliş cəhdinin təşkilinə görə hazırda ABŞ-da yaşayan Fətullah Güleni ittiham edir.

O ittihamları rədd edir.

Çeviriliş cəhdindən sonra Türkiyədə 10 mindən çox adam saxlanıb, hərbçi, hakim, müəllim, dövlət qulluqçusu və hətta 100-dən çox futbol hakimi də daxil olmaqla, təxminən 70 min adams işdən kənarlaşdırılıb.

Hazırda ölkədə fövqəladə vəziyyət rejimidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG