Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:05

Türkiyə Pakistandakı Gülen məktəblərinin bağlanmasını isyətir


Mevlut Cavusoglu

Mevlut Cavusoglu

Türkiyədəki uğursuz qiyamın dalğası Pakistana da çatıb.

Türkiyə hökuməti Pakistan hakimiyyətindənbu ölkədə Fətullah Gülenlə bağlı olan məktəblərin bağlanmasını istəyir.

Bu valideyinlər və tələbələrin narahatlığına səbəb olub.

Qeyri-hökumət təşkilatı olan PakTürk fondunun Pakistanda açdığı 20-ə yaxın məktəbdə minlərlə uşaq oxuyur.

Bu QHT xeyriyyə təşkilatı olduğunu , siyasət və ya Türkiyədəki ceviriliş cəhdinin təşkilində ittiham olunan Fətullah Gülenlə heç bir bağlılığı olmadığını deyir.

Türkiyə hökuməti bu məktəblərin Gülən şəbəkəsinə aid olduğunu deyir.

“Bu təşkilatın məktəblər, biznes asosasiyaları və mədəniyyət təşkilatlarından ibarət qlobal şəbəkəsi var” Türkiyənin xarici işlər naziri Müvlut Cavusoglu deyir.

Fondun şura üzvlərindən biri deyir ki, şəxsən Fətullah Gelendən ilham alır, amma onun baxışları, nəzəriyyəsinin məktəbin tədris proqramına heç bir aidiyyatı yoxdur.

Məktəbin şagirdlərindən biri isə Gülenin adını bu yaxınlaradək heç eşitmədiyini deyir.

Bir sıra valideyinlər məktəbin bağlanması və ya rəhbərliyin dəyişməsinin mümkünlüyündən narahatdır.

Pakistan hökuməti tələbələrin maraqlarını qorumağa və məktəblərin fəaliyyətini davam etdirməsi üçün alternativ variant tapmağa çalışacağını bildirib.

Həmçinin tələblər deyir ki, Türkiyədəki siyasi sabitsizliyin onların təhsilinə heç bir aidiyyatı olmamalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG