Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:09

Kerry ayın sonunda Türkiyəyə gəlir


John Kerry
John Kerry

ABŞ dövlət katibi John Kerry avqustun sonunda Türkiyəyə gələcək.

Xəbəri «CNN Türk» yayıb.

Səfərin avqustun 21-də, ya da ondan sonra baş tutacağı bildirilir.

Son vaxtlar Türkiyə Fethullah Gülen-in verilməsi üçün ABŞ-a bir neçə dəfə müraciət edib. Kerry-nin Türkiyə səfərində də bu məsələ müzakirə olunacaq.

Türkiyə hökuməti hesab edir ki, iyulun 15-də baş verən hərbi çevriliş cəhdinin arxasında ABŞ-da yaşayan Fethullah Gülen dayanır. ABŞ bununla bağlı Türkiyədən sübutlar istəyib. Bundan sonra Türkiyə ABŞ-a iki dəfə sənədlər qovluğu göndərib.

İyulun 15-də Türkiyədə çevriliş cəhdi 300-dən artıq adamın ölümü ilə nəticələnib. Onlardan 200-dən çoxu dinc sakinlər, qalanları polislər və hərbçilər olub.

Türkiyədə kütləvi həbslər və işdən çıxarmalar başlayıb.

XS
SM
MD
LG