Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:33

Avstraliya hüquq müdafiə təşkilatları ilə razılaşmır


Nauru dünyanın ən kiçik ölkələrindən biridir.
Nauru dünyanın ən kiçik ölkələrindən biridir.

Avstraliya «Human Rights Watch» və «Amnesty International» təşkilatlarının miqrantlarla bağlı hesabatlarını qəbul etmir.

Həmin hesabatlarda Avstraliya hökuməti qaçqınların pis şəraitdə yaşamalarına bilərəkdən göz yummaqda ittiham edilir.

Hər iki təşkilat Naurudakı düşərgələrin ağır şəraiti haqqında hesabat yaymışdı. Hesabatda bildirilirdi ki, Avstraliya miqrantları burda yaşamaq fikrindən daşındırmaq üçün onlarla bilərəkdən pis rəftar edir.

Avstraliyanın Miqrasiya və Sərhəd Mühafizə Təşkilatı bildirib ki, hüquq müdafiə təşkilatları hesabat hazırlayarkən hökumətin reaksiyasını öyrənməyib.

Avstraliya hökuməti hesabatdakı bütün iddiaları rədd edir. Müstəqil dövlət kimi Nauruya təsir imkanının olmadığını bəyan edir.

Dünyanın ən kiçik dövlətlərindən olan Nauruda Avstraliyanın miqrantlar üçün saldığı düşərgə yerləşir.

Avstraliyaya gəmilərlə çatan qaçqınlar müraciətlərinə baxılana qədər Nauru və Papua-Yeni Qvineyadakı düşərgələrdə saxlanılır.

XS
SM
MD
LG