Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:28

İngiltərənin paytaxtı Londonun mərkəzində əlibıçaqlı şəxs bir qadını öldürüb, beş nəfəri yaralayıb.

Hadisə yerli vaxtla gecə 22:30 radələrində «Imperial Hotel»in qarşısında baş verib.

Ətrafda yaralıların olması xəbəri ilə əraziyə gələn polis 19 yaşlı gənci şübhəli kimi saxlayıb.

Polis hadisənin terror ola biləcəyi ehtimalı üzərində dayanır.

Bundan əvvəl Almaniya və Fransadakı terror hadisələrindən sonra İngiltərədə təhlükəsizlik tədbirləri gücləndirilmişdi.

İndi London küçələrində polis ağır silahlarla və zirehli maşınlarla gəzir.

Günün bütün mövzuları

XS
SM
MD
LG