Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:56

Avqustun 3-də Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarına futbol yarışları ilə start verilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimi avqustun 5-nə nəzərdə tutulan Olimpiadanın futbol yarışları iki gün əvvəl start götürüb.

İlk yarış günündə qadın futbolçular mübarizə aparıblar.

Əvvəlcə F qrupunda yer alan İsveç və Cənubi Afrika Respublikasının milli komandaları Olimpiya stadionunda üz-üzə gəliblər. Gərgin keçən oyunda İsveç millisi üstün olub. Görüşün 76-cı dəqiqəsində Nilla Fischer-in vurduğu qol komandasının qalib gəlməsini təmin edib.

F qrupu çərçivəsində digər görüş «Corinthians Arena»da Kanada və Avstraliya yığmaları arasında keçirilib. Görüşün ilk dəqiqəsində kanadalı futbolçu Janine Beckie hesabı açıb. Matçın 78-ci dəqiqəsində Kanada millisində Christine Sinclair fərqlənib. Görüş Kanada millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnirin E qrupunda yer alan Braziliya millisi də Olimpiya stadionunda Çin yığması ilə qarşılaşıb. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən görüşdə Braziliya yığması rəqib qapısından 3 cavabsız top keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG