Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:59

R.Hrygorchuk: 'Bizi hücum xətti qayğılandırır'


"Qəbələ"-"Appolo" oyunu. 2015
"Qəbələ"-"Appolo" oyunu. 2015

Bu gün, avqustun 4-də UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan təmsilçisi «Qəbələ» doğma meydanda «Lill» (Fransa) klubu ilə qarşılaşacaq.

«Baksel Arena»da oynanılacaq görüşün start fiti 21:00-da veriləcək.

İyulun 28-də Lill şəhərində iki klub arasında keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatmışdı.

Bu oyunda qolsuz heç-heçə belə «Qəbələ»nin qələbəsini təmin edəcək.

«Qələbə»nin baş məşqçisi Roman Hrygorchuk deyib ki, «Lill»lə qarşılaşmadakı nəticə hücumdakı oyundan asılı olacaq: «Bu görüşdə də hücum etmək istəyəcəyik. Rəqib güclü komandadır. Bu üzdən istədiyimizi gerçəkləşdirmək çətin olmayacaq. Lakin biz öz oyun üslubumuzda mübarizə aparacağıq. Heyəti gücləndirmək istəyi həmişə var. Düşünürəm ki, hər bir məşqçi bunu istəyər. Bizi əsas hücum xətti qayğılandırır. Digər mövqelərə də oyunçu gətirmək istərdik. Hazırda heyətdə olan futbolçulara inanırıq. Onların inkişafına ümid edirik. «Qəbələ» daha çox mövqe hücumuna üstünlük verir. Təbii ki, əks-hücum etməyi də bacarmalıyıq. «Lill»lə görüş üçün mümkün olan bütün variantlara hazırıq. Rəqibi yaxşı təhlil etmişik. «Lill»in heyətində çox təhlükəli futbolçular var. Cinahda sürətli oyunçuları var ki, onlar mərkəzdən də hücuma keçməyi bacarırlar. Rəqibin müdafiəsindəki boşluqları nəzərə alırıq».

XS
SM
MD
LG