Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:03

BMT ABŞ və Yaponiyanın xahişi ilə Şimali Koreyanın növbəti raket sınağı keçirməsi ilə bağlı avqustun 3-nə təcili iclas çağırıb.

Ballistik raketlər dənizin Yaponiyaya aid hissəsinə düşüb.

Yaponiya bunu ciddi təhlükə hesab edir.

Tokio rəsmilərinin sözlərinə görə orta mənzilli raketlər təxminən 1000 kilometr məsafə qət etdikdən sonra Yapon dənizinə düşüblər.

Cənubi Koreya bəyan edib ki, bu Şimali Koreyanın qonşu ölkələrə birbaşa hücum ambisiyasından xəbər verir.

ABŞ-ın strateji komandanlığı 2 raketin buraxılmasını qeydə alıb.

Raketlərdən biri buraxılan kimi havada partlayıb.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Anna Riçey-Allen bildirib ki, ABŞ özünü və müttəfiqlərini istənilən hücumdan qorumağa hazırdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG