Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:18

6 dindar 36 il azadlıqdan məhrum edildi


Tale Bağırov: "Polis əməkdaşları hakimiyyətin əli ilə öldürülüb"
Gözlə

No media source currently available

0:00 0:03:22 0:00

Tale Bağırov: "Polis əməkdaşları hakimiyyətin əli ilə öldürülüb"

►İctimai asayişi pozma və hakimiyyət nümayəndəsinə müqavimət göstərmə ittihamı ilə...

Avqustun 3-də Sabunçu Rayon Məhkəməsində 6 dindara hökm oxunub.

Həmin dindarlar ötən ilin noyabrın əvvəllərində dövlət qeydiyyatı olmayan “Müsəlman Birliyi” Hərəkatı İdarə Heyətinin sədri Elçin Qasımovun həbsi ilə bğlı Sabunçu Rayon Baş Polis İdarəsinin qarşısına toplaşaraq etirazlarını ifadə etmişdilər.

Buna da bax: Təqsirləndirilən şəxslər üzlərini divara çeviriblər

Hakim Süleyman Ağayevin sədrlik etdiyi məhkəmə heyəti 6 dindarı üst-üstə 36 ildən artıq azadlıqdan məhrum edib.

Dindarlardan Sahil Rzayev 6 il 5 ay 15 gün, Elvin Bünyadov 6 il 1 ay 15 gün, Niftəli Vəliyev 5 il 11 ay 10 gün, Anar Əliyev 5 il 11 ay, Lətif Əhmədov 5 il 11 ay 20 gün, Teymur Osmanov 5 il 11 ay 15 gün azadlıqdan məhrum ediliblər.

Onlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddələri ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ittiham olunublar.

Buna da bax: Taleh Bağırovun müavininə 'yox' dedilər

Dindarların həbs müddəti saxlanıldıqları gündən hesablanacaq.

“Müsəlman Birliyi” Hərəkatına Tale Bağırov rəhbərlik edir. Hazırda məhkəməsi gedən Tale Bağırov Elçin Qasımovun həbsindən bir müddət sonra, ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində həbs edilib. Qətil və bir çox iağır cinayətlərdə günahlandırılan “Müsəlman Birliyi” Hərəkatının rəhbəri ittihamları böhtan sayır. T.Bağırov, məhkəməd bildirib ki, istintaqda ondan Milli Şuranın rəhbərliyi əlehinə işgəncə yolu ilə ifadə almağa çalışıblar.

Ötən il güc orqanlarının Nardaranda keçirdiyi əməliyyatda iksi polis olmaqla 6 nəfərin öldüyü bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG