Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 01:00

Trump qadağadan danışır, Kaliforniyada isə 'İslam ayı' elan edilir


►"Müsəlman amerikalılar həm milli, həm də dünya səviyyəsində təhsil, elm, əyləncə və tibb sahələrinə böyük töhfələr veriblər"

Bazar ertəsi – avqustun 1-də Kaliforniya ştatının məclisi bu ilin bu ayını “İslamı dəyərləndirmə və maariflənmə ayı” elan etmək qərarını rəsmiləşdirərək, ayrıca qətnamə qəbul edib.

HR-59 saylı qətnaməni Bill Quirk hələ iyunda Kaliforniya məclisinə təklif edilmişdi.

Qətnamənin müəllifi Bill Quirk-dir

Qətnamənin müəllifi olan Bill Quirk NBC kanalına bildirib ki, "müsəlman amerikalılar həm milli, həm də dünya səviyyəsində təhsil, elm, əyləncə və tibb sahələrinə böyük töhfələr veriblər. Təəssüf ki, müsəlman icması təhqir, ayrıseçkilik və hücum hədəfi olub və olmaqda davam edir". O, daha sonra belə deyib:

"Müsəlman amerikalıların Kaliforniyada və ölkəboyu verdiyi çoxsaylı dəyərli töhfələri tanımaq, bu barədə maariflənmə işlərini genişləndirmək, hər bir amerikalının layiq olduğu hörmət və dostluğu onlara da göstərmək yerinə düşər".

Buna da bax: Müsəlmanlar Ramazanda Trump-ı məscidə dəvət edirlər

Sakramento şöbəsinin rəhbəri NBC-yə deyib ki…

Amerika-İslam Münasibətləri Şurası (CAIR) Sakramento şöbəsinin rəhbəri Basim Elkarra NBC-yə deyib ki, bu qətnamənin qəbulu Amerikanın müsəlman icmasını ümidləndirib. O əlavə edib ki, müsəlmanlar… mühəndis, həkim, hüquq mühafizə məmuru və s. kimi çalışmaqla, ölkə və ştatın müxtəlifliyinə töhfə veriblər.

Həftə başlarkən, Respublikaçılar Partiyasından prezidentliyə vahid namizəd Donald Trump demişdi ki, ABŞ ordusunun İraqda həlak olmuş kapitanı Humayun Khan-ın anası Ghazala Khan-ın Demokratlar Partiyasının milli qurultayında danışmaması "danışmağa ixtiyarı olmadığından" irəli gəlir. Buna cavab olaraq müsəlman amerikalı qadınlar Twitter-də #CanYouHearUsNow (“indi bizi eşidə bilirsənmi”) həştəqi ilə antiislam ritorikasını və stereotipləri tənqidə tutmuşdular.

İlk addım deyil

Kaliforniyanın Sakramento şəhərində “İslamı Dəyərləndirmə və Maariflənmə Ayı” münasibətilə keçirilən tədbirdə CAIR-in San Fransisko Körfəz ərazisi üzrə rəhbəri Zahra Billoo sözügedən qətnamənin vaxt baxımından yerinə düşdüyünü söyləyib.

Kaliforniya ştatı müsəlman amerikalıların icmaya verdiyi töfhələri dəyərləndirən addımları ilk dəfə atmır. Daha öncə Los Anceles Şəhər Şurası 2014-cü ilin iyulunu “Müsəlman amerikalıların iris”nə həsr etmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG