Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 05:36

Avropa Şurası Türkiyəni qanunun aliliyinə hörmət etməyə çağırır


Thorbjorn Jagland və Mevlut Cavusoglu

Thorbjorn Jagland və Mevlut Cavusoglu

Avropa Şurası Türkiyəni dövlət çevirilişində iştiraka görə təqsirli bilinənləri məhkəməyə cəlb edərkən insan haqları və qanunun aliliyinə hörmət etməyə çağırıb.

Avqustun 3-də Ankaraya rəsmi səfərə gedən şuranın baş katibi Thorbjørn Jagland Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu ilə birgə mətbuat konfransında deyib ki, Avropa qiyamçıların ordu və məhkəmə sistemlərində bu cür geniş şəbəkə yarada bilmələrindən çaşqın qalıb.

Qeyd edək ki, Jagland 15 iyul uğursuz qiyam cəhdindən sonra Türkiyəyə səfər edən ən yüksək vəzifəli Avroa rəsmisidir.

Ankara bu qiyamın təşkilinə görə hazırda ABŞ-da yaşayan Fətullah Güleni ittiham edir.

O bunu rədd edir.

Həmin gündən bu yana 10 mindən çox adam saxlanıb, 70 mindən çox hərbçi, hakim, həkim, müəllim və hətta futbol hakimləri işdən kənarlaşdırılıb.

XS
SM
MD
LG