Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:41

33 il əvvəlki qətlə görə ömürlük həbsə atıldılar


Zdravko Mustac və Josip Perkovic

Zdravko Mustac və Josip Perkovic

Keçmiş Yuqoslaviyanın Dövlət Təhlükəsizlik Komitəsinin (UDBA) iki yüksəkvəzifəli rəsmisinə xorvat işadamı və yazıçı Stjepan Đureković-in qətlinə görə ömürlük həbs cəzası verilib.

Məhkəmə cinayətin törədildiyi Almaniyanın Münhen şəhərində baş tutub.

Keçmiş UDBA rəsmiləri Josip Perković və Zdravko Mustać Almaniyaya sığınan Đureković-in öldürülməsinə kömək etməkdə ittiham olunublar.

Đureković 1983-cü il iyulun 28-də Münhen yaxınlığındakı bir qarajda öldürülmüşdü.

Qətlin baş verdiyi qarajın sahibi Krunoslav Prates də daha əvvəl ömürlük həbs cəzası almışdı.

XS
SM
MD
LG