Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:08

Thomas Bach: "Rusiyanın buraxılmaması olimpiya hərəkatına nüvə zərbəsi olardı"


Thomas Bach

Thomas Bach

Beynəlxalq Olimpiya Komitəsi-nin prezidenti Tomas Bax ( Thomas Bach) bir daha Rusiya millisinin olimpiya oyunlarına buraxılması qərarını dəstəkləyib.

O bunu komitənin Rio-de-Janeyrada keçirilən sesiyasında deyib.

13 ölkənin antidopinq agentliyi olimpiadanın başlamasına bir neçə gün qalmış, Beynəlxalq Olimpiya Komitəsindən Rusiyanın yarışlara buraxılmamasını xahiş edib.

Amma Tomas Bax deyib ki, bu olimpiya hərəkatına “Nüvə zərbəsi” olardı.

“Bu cür yanaşma düzgün deyil. Gəlin bir anlığa belə bir nüvə zərbəsinin aqibətini düşünək. Onun nəticəsi ölüm və dağıntı olardı. Və itkilərə aparan belə bir həyasız yanaşma olimpiya hərəkatının müdafiə elədiyi şey deyil".

O , həmçinin komitənin dopinqlə mübarizə və Ümumdünya antidopinq agentliyinin yenidən qurulmasında sadiq olduğunu deyib.

Qeyd edək ki, dopinqə görə təxminən 400 nəfərlik Rusiya millisindən Rio-de Janeyroya 250-dək idmançı buraxılıb.

Amma yekun siyahı üzərində hələ də iş gedir.

2016-cı il yay olimpiya oyunları avqustun 5-21 -i arası keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG