Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:36

Parisin Respublika Meydanı xatirələrdən təmizlənir


Fransanın paytaxtı Parisin məşhur yerlərindən olan Respublika Meydanında təmizlik işlərinə başlanılıb.

Fransızca «Place de la Republique» adlanan meydan ölkədə son vaxtlar baş vermiş terror hücumlarından sonra xatirə mərasimlərinin keçirildiyi rəmzi ünvan kimi tanınırdı.

Bura gələnlər terror qurbanlarını anır, gül düzürdülər.

Ərazidəki xatirələr və məktubların şəkilləri çəkilərək Parisin tarixini əks etdirən Karnavale Muzeyində sərgilənəcək.

Parisdə 17 nəfərin qurban getdiyi «Charlie Hebdo» hücumundan 10 ay sonra, noyabrın 13-də şəhərin müxtəlif yerlərində törədilən terror zamanı 130 nəfər ölmüşdü.

Sonuncu dəfə iyulun 14-də Nitsa şəhərində 80-dən çox adamın qətli ilə nəticələnmiş terror baş vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG