Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 21:03

Əmanətlərin Sığortalanması Fondu bağlanan son 4 bankın əmanətçilərinə ödənən kompensasiyanı açıqlayıb.

Fonddan verilən məlumata görə, avqustun 2-də yeni bağlanan 4 bankın qorunan əmanətçilərinə ümumilikdə 4 milyon 959 min 841 manatdan artıq kompensasiya ödənilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP-nin) Direktorlar Şurasının iyulun 21-də verdiyi qərarla «Dekabank» ASC, «Kredobank» ASC, «Parabank» ASC və «Zaminbank» ASC-nin lisenziyası ləğv edilib. Bu onların öz öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadovun açıqlamasına görə, bağlanan 4 bank üzrə ümumilikdə kompensasiya olunan əmanətlər 126 milyon 956 min manatdır.

Bu il Azərbaycanda 10 bankın lisenziyası ləğv edilib.

XS
SM
MD
LG