Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 14:08

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 16 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan və İcevan rayonlarından Qazax rayonunun Qaymaqlı kəndi atəşə tutulub.

Bundan başqa, Berd rayonundan Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərinin də vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Tərtər, Füzuli və Goranboy rayonları istiqamətlərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Şərhləri göstər

XS
SM
MD
LG