Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:21

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ilə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsindən məlumat yayıblar.

Məlumatda qeyd edilir ki, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vakhtang Gomelauri-nin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 2-də Azərbaycana gəlib.

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətində geniş tərkibdə ikitərəfli görüş keçirilib.

DTX-nın ictimai əlaqələr şöbəsinin xəbərinə görə, görüşdə təhlükəsizlik məsələlərinə dair qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və məlumat mübadiləsinin intensivləşdirilməsi barədə müzakirələr aparılıb.

Sonda Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti və Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG