Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:23

Avqustun 2-də Türkiyədə 90-dan çox futbol hakimi və hakim köməkçisi həbs edilib.

Onlar 15 iyul qiyamının təşkilintə ittiham olunan Fətullah Gülenin tərəfdarları olmaqda günahlandırılırlar.

Bundan əvvəl Ankaradakı “Gülhane Hərbi Tibb Akademiyası”nın 50 əməkdaşı da həbs edilib.

Prezident Erdogan bir daha Qərbi terroçuluğu dəstəkləməkdə günahlandırıb və qiyamın xaricdən hazırlandığını deyib.

Qeyd edək ki, hazırda ölkədə fövqəladə vəziyyət rejimidir.

Uğursuz qiyam cəhdindən sonra Türkiyədə 10 mindən çox adam saxlanıb, 70 minədək hərbçi, hakim və dövlət qulluqçusu işdən gənarlaşdırılıb.

Hakimiyyət hesab edir ki, qiyamın arxasında hazırda ABŞ-da yaşayan Fətullah Gülen durur.

O ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG