Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:26

“Gülhane Hərbi Tibb Akademiyası” nın 50 əməkdaşı saxlanıb


Foto arxiv

Foto arxiv

Türkiyədə Fətullah Gülen tərəfdarlarının təqibi getdigə genişlənir.

Avqustun 2-də Ankaradakı “Gülhane Hərbi Tibb Akademiyası” nın 50 əməkdaşı saxlanıb, 50 əməkdaşınsa həbsinə order verilib.

Onlar 15 iyil uğursuz çeviriliş cəhdi ilə bağlılıqda ittiham olunurlar.

Prezident Racep Tayyip Erdoganın fərmanı ilə ölkədəki bütün hərbi-tibbi müəssisələr təhsil nazirliyinin tabeçiliyinə keçib.

Qeyd edək ki, hazırda ölkədə fövqəladə vəziyyət rejimidir.

Uğursuz qiyam cəhdindən sonra Türkiyədə 10 mindən çox adam saxlanıb, 70 minədək hərbçi, hakim və dövlət qulluqçusu işdən gənarlaşdırılıb.

Hakimiyyət hesab edir ki, qiyamın arxasında hazırda ABŞ-da yaşayan Fətullah Gülen durur.

O ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG