Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 20:59

Ukrayna parlamentinin “Batkivşina” partiyasından olan deputatı Nadia Savchenko avqustun 3-dən açlıq aksiyasına başlayacağını bəyan edib.

O UNİAN agentliyinin ofisində keçiridiyi mətbuat konfransında deyib ki, Rusiya və Donbasdakı ukraynalı əsirlər azad edilməyincə açlığı davam etdirəcək.

Savchenko əsirlərin azad edilməməsinə görə Ukrayna hökuməti, prezident Petro Poroshenko və dünya hökumətlərini günahlandırıb.

O bildirib ki, Ukrayna hakimiyyəti bu yöndə lazımınca fəaliyyət göstərmir.

Savchenko bir daha separatçılarla dialoqa girmək üçün işğal edilmiş ərazilərə getməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Savchenko Rusiyada əsirlikdə olarkən bir neçə dəfə aclıq aksiyası keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG