Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:59

Steinmeier: “Türkiyə hələ də 5 şərti yerinə yetirməyib”


Frank-Walter Steinmeier

Frank-Walter Steinmeier

“Türkiyə Avropa Birliyi ilə vizasız rejim üçün hələ 5 şərti yerinə yetirməyib”.

Bunu Almaniyanın xarici işlər naziri Frank Valter Steinmeier deyib.

O bildirib ki, Avropa Birliyi buna görə məsələ ilə bağlı qərar verə bilmir.

“Türkiyə bu yöndə hələ bir sıra işlər görməlidir. Onun hazırkı şəraitdə bunu edib-etməyəcəyi hələ ki, aydınlaşıdırlmalıdır”, deyə Stainmaier vurğulayıb.

Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu bundan əvvəl Almaniya mətbuatına deyib ki, əgər Avropa Birliyi oktyabradək bunu eləməsə, Türkiyə onunla miqrant sazişini yerinə yetirməyəcək.

Qeyd edək ki, bu razılaşmada bütün qanunsuz miqrantların Türkiyəyə qaytarılması, əvəzində ona əlavə maliyyə yardımı edilməsi, Ankara ilə üzvlük danışıqları və vizasız rejimin tezləşdirilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG