Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:37

"Bu, o deməkdir ki, Sarkisyanı ciddi güzəştə sövq edirlər”.


Serzh Sarkisian
Serzh Sarkisian

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birtərəfli güzəşt olmayacaq».

AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, bunu Ermənistan prezidenti Serzh Sarkisian Yerevanda polis bölməsini tutmuş silahlıların təslim olması haqda toplantıda danışarkən deyib.

Sarkisian Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmayacağını da bildirib:

«Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmayacaq. Bu istisnadır. Yenə də deyirəm, istisnadır. Mən bütün şüurlu həyatımı bu problemə həsr etmişəm».

Qarabağ probleminin həllinde canlanma var ki, yaxinlarda problem həll oluna biler. Bəs Qarabağ problemi indi necə həll oluna bilər? Azərbaycan nədə güzəştə gedə bilər? Ya da heç getməyəcək?

GÜZƏŞTƏ RAZI OLMALIDIRLAR

Konfliktoloq Əvəz Həsənov bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün mütləq şəkildə hər iki tərəf güzəştlərə razı olmalıdırlar:

“Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştsiz heç nə mümkün deyil. Çünki güzəşt həm həmsədrlərin, həm də beynəlxalq təşkilatların tələb etdiyi əsas amildir. Çünki nə Ermənistanı, nə Azərbaycanı indi güzəştsiz Dağlıq Qarabağ münaqişəsinin həllinə sövq etmək çətin alınacaq.

Ermənistanın güzəştini Azərbaycan dəfələrlə bəyan edib. Azərbaycanın güzəşti nə ola bilər? Azərbaycan Dağlıq Qarabağ tərəfi ilə danışıqlara başlaya bilər. Bu, heç də Dağlıq Qarabağın müstəqilliyinin tanınması deyil.

Bu, sadəcə danışıqlar prosesində Dağlıq Qarabağa hər hansısa bir statusun verilməsindən söhbət gedə bilər. Yəni bu, demək olar ki, ara statusu deyilən bir statusdur. Və eləcə də Dağlıq Qarabağa Azərbaycan özünün əvvəllər vəd etdiyi ən yüksək muxtariyyatın konturlarını işləyə bilər.

Təbii ki, bu, Azərbaycan hökumətinin gələcəkdə danışıqlarından asılıdır. Bundan o tərəfə Azərbaycan hökuməti güzəştə getmək fikrində deyil. Qaldı ki, torpaqların azad olunması tələbinə, 5 rayonun azad olunması mümkündür.

Əvəz Həsənov: "Güzəştsiz olmayacaq..."
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00
Direct-ə keçid


Azərbaycan 2 rayonun hətta uzunmüddətli Ermənistanın nəzarətində qalmasına razı ola bilər. Əsas şərt odur ki, danışıqlar prosesində müəyyən irəliləyiş getsin. Bunsuz hər hansı bir nailiyyətdən danışmaq mümkün deyil. Eyni zamanda indi Ermənistanda Sarkisyanın vəziyyəti o qədər də normal deyil. Həm daxildə, həm də Rusiya ilə münasibətlərdə. O təbii ki, Dağlıq Qarabağ kartından istifadə edəcək.

Ermənistanda çox sevilən şüar odur ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın olmayacaq. Bu erməniləri ekstaza gətirə biləcək şüardır. Sarkisyan da bundan istifadə edir. Sarkisyanın deməsi ki, birtərəfli güzəşt olmayacaq, bu o deməkdir ki, onu ciddi şəkildə güzəştə sövq edirlər”.

"BU ADAMDAN HEÇ NƏ GÖZLƏMƏYƏ DƏYMƏZ"

Siyasi şərhçi Elxan Şahinoğlu isə bildirir ki, Ermənistan tərəfi güzəştə getməzsə yenidən cəbhə xəttində gərginlik yarana bilər:

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

“Aprel ayında cəbhə xəttində gərginlik zamanı Azərbaycan ordusunun bir sıra uğurlar qazanmasından sonra belə gözlənti var idi ki, nəhayət ki, Dağlıq Qarabağ ətrafındakı rayonların boşalıdılması istiqamətində hər hansısa bir addımlar ata bilər. Guya böyük dövlətlərin Ermənistana təzyiqi olacaqdı. Amma bunların heç biri baş vermədi. Nə böyük dövlətlər, həmsədr ölkələr Ermənistan hakimiyyətinə təzyiq etdilər, nə də Ermənistan hakimiyyəti hansısa bir məsələdə geri addım atacağına dair işarə verdi.

Sarkisyanın açıqlaması ondan xəbər verir ki, ölkə daxilində mövqeləri getdikcə zəifləməsinə baxmayaraq Dağlıq Qarabağ məsələsində heç bir addım atmayıb. Yəni Dağlıq Qarabağ ətrafında bir neçə rayonun boşaldılması istiqamətində bu adamdan heç bir addım gözləməyə dəyməz. Bu o deməkdir ki, gələcək danışıqlar nəticəsiz qalacaq.

Sarkisyan Azərbaycana artıq alternativ qoymayıb. Cəbhə xəttində yenidən gərginliyin artması ehtimal olunan variantlardan biridir. Azərbaycan prezidenti İlham Əliyev də bir neçə dəfə vurğulayıb ki, imitasiya naminə danışıqlarda iştirak etməkdə maraqlı deyil.

Elxan Mehdiyev
Elxan Mehdiyev

Vəziyyəti nə dəyişə bilər? Ermənistanda 25 silahlının qiyamı yatırıldı. Amma bu o demək deyil ki, Ermənistanda hər şey normallaşdı. Bu halların yenidən Ermənistanda təkrarlanması ehtimalı var. Vətəndaş hakimiyyətinin qarşıdirmasının güclənməsi, hətta terror hadisələrinin baş verməsi ehtimalı da arta bilər. Bu situasiya isə müəyyən mənada Dağlıq Qarabağ münaqişəsinə təsir edə bilər”.

AZƏRBAYCANIN MAKSİMAL GÜZƏŞTİ

Konfliktoloq Elxan Mehdiyev deyir ki, Azərbaycan tərəfi uzun illərdir Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini bəyan edib:

“Azərbaycan tərəfi həmişə bəyan edib ki, güzəşt olacaq şey mərhələli olaraq erməni qüvvələrinin işğal edilmiş ərazilərdən çıxdıqdan sonra Dağlıq Qarabağın statusunu müzakirə etməyə hazır olmasıdır.

Həmin əraziyə Dağlıq Qarabağın bütün əhalisini əhatə edən özünüidarəetmə statusu verməyə hazırıq. Yəni bu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində amma tamamilə özünün idarəetməsi formasında olan bir qurum. Bunun adını dövlət də qoymaq olar, respublika da, muxtar respublika da, özünü idarəetmə sistemi də. Yəni Azərbaycanın maksimal güzəşti, həll variantı budur”.

XS
SM
MD
LG