Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 10:38

Tacikistanda oxucular üçün aydın olmayan sözdən istifadəyə görə jurnalistlər cəzalandırılacaq.

Bu barədə AzadlıqRadiosunun tacik xidməti məlumat verir.

“Elə hallar var ki, jurnalistlər gün ərzində adi oxucu, dinləyici və tamaşaçı üçün aydın olmayan 10-dək söz işlədir. Onlar bununla rəsmi dilin normalarını pozurlar.Yazı qaydaları və rəsmi dilin tələbləri var ki, buna hamımız əməl etməliyik”, dil və terminologiya komitəsinin sədri Gövhər Şərəfova brifində deyib.

Onun sözlərinə görə, qanunu pozan jurnalistləri 120-160, şirkətlkəri isə 240-320 dollar arası cərimə gözləyir.

Tacikistan hakimiyyəti bu ilin yanvarnda vətəndaşlara uşaqlarına xarici , həmçinin insanın şərəf və ləyaqətini alçaldan adlar qoymamağı məsləhət görüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG