Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:25

Ermənistanda müxalifətdə olan “İrs” partiyasının üzvü Armen Martirosyan, Ovesep Xurşudyan, David Sanasaryan və “Yeni Ermənistan” hərəkatının üzvü Andrias Qukasyan barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Arabkir və Kanaker-Zeytun rayon məhkəmələrində qərar avqustun 1-də çıxarılıb.

Bu barədə AzadlıqRadiosunun erməni xidmətinə Armen Martirosyanın vəkili Givi Ovannisyan məlumat verib.

Onlar iyulun 29-da Sari-Tax rayonunda baş verən hərcmərcliyin təşkilində ittiham olunurlar.

Həmin vaxt polislə toqquşmalarda jurnalıistlər də daxil olmaqla 60 nəfər xəsarət alıb.

Qeyd edək ki, “Sasna Tsrer” qrupunun bir sıra silahlı üzvləri iyulun 17-də Yerevandakı polis binasını zəbt etmişdilər.

Onlar prezident Serzh Sarkisianın istefası və müxalifətdə olan “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

Bu qarşıdurmada 2 polis əməkdaşı ölüb, 3-ü isə yaralanıb.

Silahlı dəstənin binada qalan 20 üzvü iyulun 31-də könüllü təslim olub.

Həmin günədək binanın ətrafında onlara dəstək aksiyaları keçirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG