Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:06

Ermənistan prezidenti Serzh Sarkisian ölkədəki böhranın sona yetdiyini, amma hələ ki, tam həll olunmadığını deyib.

O bunu, avqustun 2-də prezident sarayında ictimaiyyət nümayəndələri ilə ölkədəki son durumumüzakirə edərkən deyib.

Sarkisian Yerevandakı polis binasını tutan silahlı qrupu məramlarını vətənpərvər şüarlar və sosial ədalət çağırışları altında gizlədən terrorçular adlandırıb.

O deyib ki, məsələ ilə bağlı hərtərəfli istintaq aparılmalıdır.

Prezident bildirib ki, hər kəs əməlinə görə qanun qarşısında cavab verməlidir.

O, vəziyyətin yoluna qoyulmasında göstərdikləri soqyuqqanlılıq və böyük işə görə hüquq-mühavizə orqanlarına təşəkkür bildirib.

Prezident həmçinin iyulun 29-30-da Sari Tax rayonunda baş verən zorakılıqlara görə jurnalistlərdən üzr istəyib.

Həmin vaxt polislə toqquşmalarda jurnalıistlər də daxil olmaqla 60 nəfər xəsarət alıb.

Sarkisian deyib ki, ölkədə heç bir məsələ silah və zorakılıqla həll olunmayacaq. Yerevan Beyrut və ya Hələb deyil.

Qeyd edək ki, “Sasna Tsrer” qrupunun bir sıra silahlı üzvləri iyulun 17-də Yerevandakı polis binasını zəbt etmişdilər.

Onlar prezident Serzh Sarkisianın istefası vəmüxalifətdə olan “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

Qarşıdurmada 2 polis əməkdaşı ölüb, 3-ü isə yaralanıb.

Silahlı dəstənin binada qalan 20 üzvü iyulun 31-də könüllü təslim olub.

Həmin günədək binanın ətrafında onlara dəstək aksiyaları keçirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG