Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:02

W. Saroyanın romanı Hollywood filmi oldu


İthaca filminin posteri.
İthaca filminin posteri.

-

Erməni mənşəlli Amerika yazıçısı William Saroyan-ın "İnsan komediyası" romanı əsasında çəkilmiş "Ithaca" filminin ilk trailerləri internetdə yayılıb. Rejissoru Meg Ryan olan filmin çəkilişinə 2015-də başlanıb. Bu ilin sentyabrında isə filmin premiyerası baş tutacaq. Filmdə baş rol ifaçılarından biri də tanınmış Hollywood aktyoru Tom Hanks-dır.

Filmə mövzu olan Saroyanın romanı 1943-cü ildə çap olunub. Romandakı hadisələr İkinci Dünya Müharibəsi vaxtı ABŞ-ın Calofornia ştatındakı xəyali Ithaca adlı şəhərdə baş verir.

Buna da bax: "Kasıb Ermənistanın nüfuzlu kinofestivalı var, bəs Azərbaycanın"

"Armenpress" xəbər verir ki, "Ithaca" filminin baş qəhrəmanı 14 yaşlı oğlan Homerdir. Müharibə illərində Homerin atası ölür və böyük qardaşı müharibəyə yollanır. Ailənin yükünü çiyninə götürən Homer kiçik qardaş-bacılarını və anasını saxlamaq üçün poçtalyon kimi işə düzəlir, məktub və teleqramları paylamağa başlayır. Ancaq müharibədən yollanmış bu məktublar onları alanları heç də xoşbəxt etmir.

"Ithaca" filminin traileri

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG