Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:43

Ayağı yanlış kəsilən xəstə ölüb


İltihablı ayağı əvəzinə sağlam ayağı kəsilən Tərlan Məmmədova dünyadan köçüb.

APA-nın xəbərinə görə, 87 yaşlı qadın iyulun 31-də vəfat edib.

Bir müddət öncə Angioloji və Mikrocərrahiyyə Mərkəzində şəkərli diabet xəstəsi olan 87 yaşlı Tərlan Məmmədovaya sol ayağının kəsilməsi barədə diaqnoz qoyulub. Ancaq həkim-cərrah Valeh Kərimovun yanlışlıqla onun iltihablı sol ayağı əvəzinə sağlam ayağını kəsdiyi bildirilir.

Fakta görə Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə iş açılıb. Həkim-cərrah iyunun 25-də dindirildikdən sonra sərbəst buraxılıb.

Sonradan xəstənin digər ayağı da əməliyyat nəticəsində kəsilib.

Səhiyyə Nazirliyinin kollegiyası həkim-cərrah V.Kərimovu vəzifədən azad edib. Əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Əfsər Rzazadəyə də sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bundan əlavə, Xüsusiləşdirilmiş Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski tutduğu vəzifədən azad edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG