Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:04

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 14 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Ağstafa rayonunun Köhnəqışlaq və Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub.

Bundan başqa, Noyemberyan rayonundan Qazax rayonunun Quşçu Ayrım, Berd rayonundan da Tovuz rayonunun Ağdam kəndinin vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Füzuli, Xocavənd, Göygöl, Goranboy və Cəbrayıl rayonları istiqamətlərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG