Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:51

'Qarabağ' yaşıl meydana çıxır


Qurban Qurbanov
Qurban Qurbanov

Bu gün - avqustun 2-də Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları başlayır.

Azərbaycan çempionu «Qarabağ» öz meydanında Çexiyanın «Viktoriya Plzen» klubunu qəbul edəcək. Bir həftə öncə Çexiyada keçirilən qarşılaşmada qapılara qol vurulmayıb. Pley-off mərhələsinə adlamaqdan ötrü Qurban Qurbanovun yetirmələrinə ancaq qələbə lazımdır. Qarşılaşma öncəsi keçirdiyi mətbuat konfransında Qurban Qurbanov komandasının şansını heç də pis qiymətləndirməyib:

«Böyük şansımız var və bundan istifadə etməyə çalışacağıq. Futbolçularımız da Çempionlar Liqasında yaxşı oyun göstərmək istəyir. Kim istəməz ki, uğurlu nəticə qazansın. Azarkeşlərimizin köməyi ilə yaxşı oyun göstərib nəticə qazanmağa çalışacağıq. 90 dəqiqə ərzində həm müdafiədə, həm də hücumda oynaya bilərik. Əlavə vaxt və penalti zərbələrinə də hazır olmalıyıq. Futbolçular da öz işini başa düşür, lakin onları da psixoloji təzyiq altında qoymaq lazım deyil. Olan şansımızdan maksimum şəkildə istifadə etməyə çalışacağıq».

Tofiq Bəhramov adına Respublika Stadionundakı matç saat 20:30-da başlayacaq.

XS
SM
MD
LG