Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:19

Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları avqustun 1-i gecə Braziliyaya yollanıblar.

Bu barədə AZƏRTAC xəbər verib.

XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandası 18 idman növü üzrə 56 idmançı ilə təmsil olunacaq. Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq.

Azərbaycanın ağırlıqqaldıranları dopinq testdən keçə bilmədiklərindən, bu idman növündə olan 3 lisenziya ləğv edilib.

Braziliyaya yollanan 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq.

Gənclər və idman naziri Azad Rəhimov da Braziliyaya yola düşən nümayəndə heyəti arasında olub.

Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunları avqustun 5-dən 21-nə kimi davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG